İran səfiri Şahin Mustafayevə başsağlığı verib
Ölçü:

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Seyid Abbas Musəvi Azərbaycan Respublikasının Baş Nazirinin müavini,
İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycanlı sədri Şahin Mustafayevə başsağlığı verib.

Koordinat.az xəbər verir ki, atasının vəfatı ilə əlaqədar Şahin Mustafayevə ünvanlanan başsağlığı məktubunda deyilir: Dəyərli atanızın ölüm xəbəri məni dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Cənabınıza və hörmətli ailə üzvlərinizə başsağlığı verərək, Allah Taaladan mərhum üçün bağışlanma və rəhmət, Sizə və eləcə də mərhumun bütün yaxınlarına isə səbir və dözüm diləyirəm.

Hörmətlə,
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Seyid Abbas Musəvi"
08.05.2021 13:09:00
Oxuma sayı: 913