Tədris ilinin vaxtı uzadılır? - RƏSMİ CAVAB
Ölçü:


2020/2021 tədris ilinin uzadılması ilə bağlı hələlik heç bir qərar yoxdur.

Koordinat.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Modern.az-a bildirib. O qeyd edib ki,  orta məktəblərdə tədris ilinin son tarixi haqqında dəyişiklik olmayacaq: “Tədris ili əvvəlki qaydada – iyun ayının 14-də sonlanacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.

08.05.2021 10:32:00
Oxuma sayı: 2750