Şuşada DOST mərkəzi açılacaq
Ölçü:

“İşğaldan azad edilmiş ərazilərlə bağlı məsələlər dövlət başçısının nəzarətindədir, daim o ərazilərə səfər edir. Bildiyiniz kimi, hazırda ərazinin minalardan təmizlənməsi prosesi gedir. Proses yekunlaşdıqdan sonra bütün qurumlar öz fəaliyyətini bərpa etməyə başlayacaq”.

Koordinat.az
-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  “Sosial saat” verilişində DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib. S.Alıyevin sözlərinə görə, bununla bağlı dövlətimizin geniş planı var: “Həmçinin, biz də həmin plana uyğun olaraq, ya Cəbrayıl, ya Füzulidə böyük regional mərkəzin yaradılmasını nəzərdə tutmuşuq. Həmçinin, Şuşada DOST filialının açılmasını planlaşdırırıq”.

07.05.2021 12:14:00
Oxuma sayı: 714