Narazı qazinin əlillik qrupu dəyişdirildi
Ölçü:


Vətən müharibəsi qazisi Hacı Vəliyevin əlillik problemi həll edilib.

Koordinat.az
xəbər verir ki, bu barədə H. Vəliyev "Facebook" paylaşım edib. O bildirib ki, əlillik probleminin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedəcəyi barədə video paylaşdıqdan sonra nazirliyin bir sıra rəsmiləri onunla əlaqə saxlayıb: “2-ci qrup əliliyimin (5 il müddətə) təyin olunduğunu və təyin olunma haqqında sənədi göndərdilər”.

Qeyd edək ki, ƏƏSMN tərəfindən H. Vəliyevə 3-cü qrup əlillik təyin edilmişdi. Qazi isə 3 fərqli diaqnozla yararsız kimi təxris olunduğunu əsas gətirərək bu növ əlillik təyinatından imtina etmişdi.
07.05.2021 09:34:00
Oxuma sayı: 940