Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq
Ölçü:


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili mühakimə olunduğu işləri saxta adlandırır və Avropa İnsan Haqları Məhkəməsinin ədaləti bərpa edəcəyinə ümid bəsləyirr.

Koordinat.az
xəbər verir ki, Mixail Saakaşvili xarici mətbuata verdiyi müsahibəsində bu il Gürcüstanda hakimiyyət dəyişikliyini gözlədiyini bildirib.

Hazırda Ukrayna Prezidenti yanında Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri olan eks-dövlət başçısının sözlərinə görə, xalqdan ona böyük dəstək var.

Qeyd edək ki, M.Saakaşvili Gürcüstanda Sandro Qirqvlianinin qətli ilə bağlı dəlillərin gizlədilməsinə, o cümlədən də deputat Valeri Qelaşvilinin döyülməsinə görə qiyabi məhkum edilib.
06.05.2021 17:48:00
Oxuma sayı: 714