Baş Prokurorluğun xəbərdarlıq etdiyi icra başçısının 1-ci müavini işdən çıxarıldı
Ölçü:

Səbail rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Xalidə Bayramova vəzifəsindən azad olunub.

Koordinat.az xəbər verir ki, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb.

Qeyd edək ki, bir müddət öncə X. Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.

Prokurorluğun araşdırması zamanı müəyyən edilib ki, Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq, bu barədə tibbi sənədin verilməsini tələb edib.

06.05.2021 17:53:00
Oxuma sayı: 890