Son sutkada 15465 nəfərə vaksin vurulub
Ölçü:

Azərbaycanda son sutkada 15465 nəfərə koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6259 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 9206 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1 471579 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 959804 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 511775 nəfərdir.

29.04.2021 16:45:00
Oxuma sayı: 1009