"Heydər Əliyev-100" xatirə medalı təsis oluna bilər - TƏKLİF
Ölçü:

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xatirə medalı təsis edilə bilər.

Koordinat.az xəbər verir ki, belə bir təşəbbüslə bu barədə Binəqədi rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev çıxış edib. 2023-cü üildə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olacağını xatırladan Cahangir Qocayevin fikrincə, yubiley tədbirlərinə indidən hazırlaşmaq lazımdır: "Müasir Azərbaycanın müstəqil və güclü dövlət kimi inkişafı Ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun dövlətçilik ənənələri daim yaşamalı, nəsildən-nəslə ötürülməli, vətənpərvər ruhda böyüyən gənclər bu ruhda tərbiyə olunmalıdir. Bunu nəzərə alaraq təklif etmişəm ki, "Heydər Əliyev-100" xatirə medalı təsis olunsun. Amma bu işə indidən başlanmalıdır. Ümummilli liderin anadan olmasının 100 illik yubileyi onun adına layiq keçirmək bir xalq olaraq bizim qarşımızda duran əsas vəzifələrdən biridir. "Heydər Əliyev-100" xatirə medalı Ümumilli liderin tarixi şəxsiyyət və dövlət xadimi kimi Azərbaycanda dövlətçilik ənənələrinin daha da möhkəmlənməsinə təkan verə verəcək".


20.04.2021 17:20:00
Oxuma sayı: 451