Daha 6 məktəbin fəaliyyəti dayandırıldı
Ölçü:


Ucar rayonunda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

Koordinat.az
xəbər verir ki, rayonun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəblərində əyani təhsil müvəqəti olaraq dayandırılıb.

Buna səbəb adıçəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVID-19 testinin nəticələri pozitiv çıxmasıdır. Fəaliyyəti dayandırılmış məktəblərdə dərslərin onlayn rejimdə tədrisinə qərar verilib.

13.04.2021 15:13:00
Oxuma sayı: 39