Prezidentdən ATƏT-in Minsk qrupuna mesaj
Ölçü:


"Biz gözləyirik ki, ATƏT-in Minsk qrupu regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim edəcək".

Modern.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib. Onun fikrincə, elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər: "Münaqişənin həllinə kömək edən qrup kimi yox, çünki münaqişə artıq həll olunub".

Prezident qeyd edib ki, Ermənistan ilə sülh razılaşmasından danışanda, - əgər Ermənistan bu variantı nəzərdən keçirəcəksə, - burada beynəlxalq aktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilərdi - demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət: "Ümidvaram ki, Minsk qrupunun nümayəndələri tezliklə Azərbaycana bir sıra təkliflərlə gələcəklər və biz bu təklifləri diqqətlə öyrənəcəyik".

13.04.2021 14:14:00
Oxuma sayı: 48