Rusiya ilə Azərbaycanın münasibətlərini gərginləşdirən iki səbəb...
Ölçü:


"Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışında ən vacib fikrin “İsgəndər” raketləriylə bağlı olduğunu düşünürəm. Çünki, prezident Rusiya ilə münasibətlərdə gərginliyin yarandığını etiraf etdi".

Koordinat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin bu gün "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışını şərh edərəkən bildirib. O, qeyd edib ki, Rusiya ilə münasibətlərdə gərginliyin yaradan iki səbəb var: "Birincisi, prezident dedi ki, Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə edib. İkincisi, prezidentin tapşırığı ilə Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktubu Moskvaya göndərib, ancaq heç bir cavab alınmayıb. Bu o deməkdir ki, Vladimir Putin İlham Əliyevə raketlərlə bağlı tutarlı cavab verməyib. İlham Əliyev bu açıqlamadn bir gün əvvəl də Hərbi Qənimətlər Parkının açılışında Rusiyanı nəzərdə tutaraq bunları demişdi: “Şuşanı “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü?”"

Politoloq İlham Əliyev dünən və bu gün “İsgəndər” raketləri ilə bağlı saylədiyi fikirlərə də münasibət bildirib. O, hesab edir ki, İlham Əliyevin iki gün ərzində ard-arda verdiyi bu açıqlamaları Kreml hansısa şəkildə cavablandırmağa çalışacaq: "Çünki, Kremldə anlamamış deyillər ki, İlham Əliyev onlardan cavab istədiyini dünyaya bəyan edib. İlham Əliyev həm də ona işarə edib ki, cavab gəlməsə bu Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək. Hansısa bəyanat formasında cavab verəcəkləri istisna deyil, ancaq cavabın bizi qane edib-etməyəcəyi də sual altındadır".
13.04.2021 13:54:00
Oxuma sayı: 56