Ermənilər "Lələtəpə"ni geri almaq istəyirmiş
Ölçü:

Qondarma rejimin keçmiş komandiri Samvel Babayan II Qarabağ müharibəsindəki məlubiyyətlərinin səbəblərini açıqlayıb. O, erməni əsgərlərinin tamamilə hazırlıqsız olduğunu, təlim görmədiklərini vurğulayıb.

Koordinat.az
xəbər verir ki, o, məğlubiyyətlərində günahkar şəxslərin hədsiz çox olduğunu qeyd edib. Babayan bu gün erməni cəmiyyətinin həqiqətlərlə maraqlanmadığını, sadəcə pafosa ehtiyaclarının olduğunu deyib. Çünki həqiqət onların döyüş təlimi almamalarından, hazırlıqsızlıqlarından ibarətdir və ermənilər bunu qəbul etmir.

Babayan erməni ordusundakı boşluqlardan da söz açıb: "Əsgərlərə fərarilik səbəbi ilə cinayət işi açmazdan əvvəl onlardan son dəfə atəş açmaqla bağlı təlim keçib-keçmədiklərini soruşmağa dəyər".

Babayan Azərbaycanın ağır zərbə silahları və pilotsuz uçuş aparatlarından istifadə etməsindən, buna vəsait ayırmasından da danışıb: “2013-cü ildən bəri müharibənin belə bir xarakter alacağını və lazımi tədbirlərin görülməli olduğunu demişdim. Amma məni dinləmədilər. 2016-cı ilin aprelində Azərbaycan ordusunun işğaldan azad etdiyi "Lələtəpə" yüksəkliyini geri almaq cəhdi oktyabrın əvvəlində həyata keçirildi, lakin uğursuzluqla nəticələndi və  Ermənistan ordusu xeyli itki verdi”.
13.04.2021 12:13:00
Oxuma sayı: 46