İlham Əliyev: “Müharibədən sonrakı vəziyyət çox kövrəkdir”
Ölçü:

“Müharibədən sonrakı vəziyyət çox kövrəkdir. Atəşkəsə riayət olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var".

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib. Prezident çıxışının əvvəlində ADA Universitetinə belə konfrans keçirdiyinə görə təşəkkür edib və bu universitetin Azərbaycanda liderlərdən biri olduğunu deyib.

Dövlət başçısı konfransın əsas mövzusunun münaqişədən sonrakı inkişaf və əməkdaşlıq olduğunu vurğulayıb: “İştiraka görə hər kəsə təşəkkür edirəm. Biz bunu yalnız bölgədə baş verən hadisələrə maraq kimi deyil, həm də 30 ildir işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq qəbul edirik.”

 
13.04.2021 11:11:00
Oxuma sayı: 47