Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq
Ölçü:

Qarabağ ərazisində yerləşən çaylarda hidroloji müşahidə şəbəkəsi bərpa olunacaq.

Koordinat.az
-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi media tur çərçivədində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, işğaldan əvvəl Qarabağda su obyektlərində 17 məntəqədən ibarət və 100 illik tarixə malik olan müşahidə şəbəkəsi fəaliyyət göstərib: "Qarabağın sıx çay şəbəkəsi mövcuddur. Bu çayların Qarabağın və ölkənin digər rayonlarının kənd təsərrüfatı kompleksi üçün böyük əhəmiyyəti var. Yaxın 4-5 il ərzində Qarabağda 13 məntəqədə müasir avtomatlaşdırılmış hidroloji stansiyalarının təqbiqi planlaşdırılır. Stansiyalar Tərtərçay, Xaçınçay, Qarqarçay, Levçay, Köndələnçay, Zabuxçay, Qarqarçay, Bərguşadçay, Oxçuçay, Bəsitçay və Araz çayda quraşdırılacaq".

13.04.2021 10:12:00
Oxuma sayı: 43