Nobel prospektinin adı “8 Noyabr” oldu
Ölçü:


Nobel prospektinin adı dəyişdirilərək bu gündən “8 Noyabr” prospekti adlandırılıb.

Koordinat.az
xəbər verir ki, bu gün ölkə başçısı Nobel prospektində yerləşən Hərbi Qənimətlər parkının açılışında iştirak edib.  Bildirilir ki, Nobel prospektinin “8 Noyabr” prospekti adlandırılması haqqında qərar ölkə başçısının təşəbbüsü ilə açılış zamanı verilib. Bəzi məlumatlara görə gələcəkdə bu prospektdə “Zəfər” muzeyinin yaradılması planlaşdırılır.

Həmçinin onu da qeyd edək ki, son illər aparılan yenidənqurma içləri nəticəsində prospektin uzunluğu 10 km olub. Ona görə də bu küçəyə "8 Noyabr" adının verilməsi daha məqsədəuyğun hesab olunur.

12.04.2021 14:28:00
Oxuma sayı: 38