Paşinyan: "Qoy xalq məni meydanda güllələsin”
Ölçü:

Ermənistan baş naziri Nikol Paşinyan tərəfdarları ilə Yerevanın mərkəzində görüşüb.

Koordinat.az
xəbər verir ki, çıxışında o istefa verməyəcəyini bir daha təkrarlayıb: “Müharibədən sonra istefa barədə çox düşündüm. Amma ankadım ki, öz iradəmlə deyil, xalqın istəyi ilə baş nazir olmuşam. Məhz xalq hakimiyyətdən getməyimi həll etməlidir. Qoy xalq istefamı tələb etsin, məni meydanda güllələsin”.

Paşinyan prezident Armen Sarkisyanı Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə sərəncamı təsdiqləməyə çağırıb: “Mən bu gün prezidentlə danışdım. Əgər o, Qasparyanın istefaya göndərilməsi barədə sənədi imzalamasa, deməli o da dövlət çevrilişinə qoşulub. Onik Qasparyan qoy özü istefa versin. Mən ordunun xalqa qarşı çıxmasına imkan verə bilmərəm”.
25.02.2021 16:57:00
Oxuma sayı: 68