Emənistan ordusu Paşinyanın istefasını tələb edir
Ölçü:


Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edib.

Koordinat.az  xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan, onun müavinləri, iri hərbi birləşmələrin komandanlarının imzaladığı bəyanatda bildirilir ki, Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi "uzaqgörənlikdən uzaq və əsaslandırılmamış" qərardır. Baş Qərargah buna qəti etirazını ifadə edir.

Hərbçilər belə hesab edirlər ki, Xaşatryanın istefaya göndərilməsi zamanı ölkənin milli və dövlət maraqları nəzərə alınmayıb, bu addım sırf "şəxsi şəxsi ambisiyalara" əsaslanıb. "Belə ağır şərtlər altında qəbul olunmuş bu qərar dövlətçiliyə ziddir və məsuliyyətsizlikdir", - bəyanatda bildirilir.

Ordu rəhbərliyinin bu bəyanatına Paşinyanın cavabı da gecikməyib. O, ölkədə dövlət çevrilişinə cəhd olduğunu bəyan edərək, tərəfdarlarını dərhal meydanlara səsləyib. "Bizim bütün tərəfdarlarımızı elə bu dəqiqə Respublika Meydanına yığışmağa çağırıram. Yaxın saatlarda canlı efirdə müraciətim olacaq", - Paşinyan bildirib.
Bizim Telegram kanalımıza abunə olun

25.02.2021 12:12:00
Oxuma sayı: 258