“Azərenerji”nin enerji istehsalı azalıb
Ölçü:

Energetika Nazirliyi ötən ildə ölkədə elektrik enerjisinin hasilatı ilə bağlı operativ məlumatlarını açıqlayıb.

Koordinat.az
xəbər verir ki, 2020-ci ildə isə Azərbaycanda elektrik enerjisinin istehsalı 25811,3 mln. kVt/saat təşkil edib. 2019-cu ildə bu göstərici 25236,0 mln. kVt/saat olmuşdu. Yəni elektrik enerjisinin istehsalı 2020-ci ildə 2,28% və ya 575,3 mln. kVt/saat artıb.

Hesabat dövründə elektrik enerjisinin istehsalı İES-lərdə 24398,2 mln. kVt/saat (2029-cu ildə 23169,5 mln. kVt/saat ), SES-lərdə 1069,5 mln. kVt/saat (1782,2 mln. kVt/saat), digər mənbələr  (KES, GES və BMTYZ) üzrə isə 343,55 mln. kVt/saat (344,6 mln. kVt/saat) olub. Bu dövrdə Külək  Elektrik Stansiyalarında 96,1 mln. kVt/saat (105,4 mln. kVt/saat), Günəş Elektrik Stansiyalarında 46,9 mln. kVt/saat (44,2 mln. kVt/saat), Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 200,6 mln. kVt/saat  (195,9 mln. kVt/saat) elektrik enerjisi istehsal edilib.

2020-ci ildə elektrik enerjisinin istehsalı ilə ölkə ərazisində aşağıdakı subyektlər məşğul olublar (mln. kVt/saatla):
“Azərenerji” ASC – 23 033,8 (2019-cu ildə 23388,4)
Müstəqil Elektrik Stansiyaları – 2 272,7 (2283,7)
Naxçıvan MR Dövlət Energetika Xidməti – 429,7 (423,3)
“Azərişıq” ASC – 75,1 (84,9)

Energetika Nazirliyi bəyan edir ki, 2020-ci ildə Azərbaycan 1147,8 mln. kVt/saat elektrik enerjisini ixrac edib , 136,3 mln. kVt/saat elektrik enerjisi isə idxal olunub.

19.01.2021 13:38:00
Oxuma sayı: 21228