Ötən il avtomobil yanacağı satışından 2 milyard manat gəlir əldə olunub
Ölçü:


2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir. Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 milyard 040.8 milyon manat gəlir əldə olunub. 2019-cu ildə isə avtomobil yanacağından 2 milyard 310.5 milyon manat gəlir əldə edilmişdir ki, bu da illik müqayisədə 12% azdır.

Qeyd edək ki, cari ilin yanvar-noyabr ayında isə pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından 1 milyard  869.1 milyon manat gəlir əldə olunmuşdur.

18.01.2021 15:48:00
Oxuma sayı: 7383