Fərman Ceyranlıya 6 il həbs
Ölçü:


Tbilisi şəhər məhkəməsi “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə hökmü elan edib.

Koordinat.az virtualaz.org-a istinadən bildirir ki, məhkəmənin qərarı ilə F.Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub. Azərbaycanlı həkim ona qarşı irəli sürülən dələduzluq ittihamı üzrə günahkar hesab edilib. O, həyat və sağlamlığa təhlükə barədə informasiyanın gizlədilməsi və ya yalan məlumatın verilməsi ilə bağlı digər ittiham üzrə bəraət qazanıb.

Qeyd edək ki, cərrah F. Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında Gürcüstanda həbs olunub. O, klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub.

Xatırladaq ki, daha əvvəl virtualaz.org və haqqin.az saytlarında dərc olunmuş "Tbilisidə gizli Antiazərbaycan yuvaları: görüşlər, pul, təlimatlar" adlı jurnalist araşdırmasında deyilirdi ki, Fərman Ceyranlı Azərbaycan müxalifətinin əsas sponsorlarından biridir. Məqalədə qeyd edilirdi ki, Fərman Ceyranlı Milli Şuranın Gürcüstanda gizli nümayəndəsi funksiyalarını yerinə yetirir, “Meydan TV”nin nümayəndəliyinə himayədarlıq edir. Tbilisiyə gedən müxalifətçilər F.Ceyranlının klinikasının imkanlarından yararlanırlar.
08.02.2018 14:01:45
Oxuma sayı: 650