Qarabağda külək enerjisi potensialı araşdırılır
Ölçü:


Azərbaycan yaxın gələcəkdə Qarabağda külək enerjisinin potensialın dəqiq hesablamağı planlaşdırır.

Koordinat.az xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyib. Onun sözlərinə görə, Qarabağın dağlıq hissəsində, 100 metr hündürlükdə orta illik sürəti saniyədə 7-8 metr olan küləklərin əsdiyi böyük ərazilər var: “Globalwindatlas.info” platformasının məlumatlarına əsasən, Ermənistanla həmsərhəd olan Kəlbəcər və Laçın rayonlarında küləyin orta illik sürəti 10 metr/saniyəyə çatır”.

C.Mikayılov bildirib ki, ölçü stansiyalarının quraşdırılması yolu ilə külək enerjisi potensialının hesablamaları aparılacaq: “Ümumilikdə Qarabağın dağlıq rayonlarında külək enerjisinin potensialı 300-500 meqavatt həcmində dəyərləndirilir”.

09.01.2021 10:51:00
Oxuma sayı: 15011