Alternativ mənbələrdən istifadə etməklə təbiəti qoruyaq
Ölçü:

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ekologiya və Təbiİ Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə ilə həyata keçirdiyi “Alternativ mənbələrdən istifadə etməklə təbiəti qoruyaq” layihəsinin icrası başa çatıb.

Koordinat.az xəbər verir ki, layihənin məqsədi cəmiyyəti, xüsusən gənc nəsli altenrativ mənbələrdən istifadə etməklə təbiəti qorumağın əhəmiyyəti barədə məlumatlandırmaq olub. Üç ay davam edəcək layihə çərçivəsində peşəkar jurnalistlər və araşdırmaçılara alternativ mənbələr barədə araşdırma xarakterli 10 yazı sifariş edilib. Yazılar peşəkar ekspert tərəfindən baxıldıqdan və yazılarda çatışmayan məqamlar aradan qaldırıldıqdan sonra mətbuatda dərc edilib.
06.11.2020 12:16:00
Oxuma sayı: 29464