Minsk qrupunun amerikalı həmsədri bu gün Bakıya gəlir
Ölçü:



ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer bu gün Azərbaycana səfər edəcək.

Koordinat.az
xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daha öncə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər. Belə ki, fevralın 6-da Minsk qrupunun digər həmsədrləri Stefan Viskonti (Fransa) və İqor Popovun Bakıya səfərə gələcəkləri bildirilib.
03.02.2018 10:11:00
Oxuma sayı: 782