Deputatlar Strasburqa gedir
Ölçü:



Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları  Azər Kərimli, Elman Nəsirov, habelə Komitəyə yeni seçilmiş üzvlər -Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Milli Məclisdən Koordinat.az-a verilən məlumata görə, Komitənin Azərbaycan tərəfdən həmsədri Cavanşir Feyziyev bu ölkədə səfərdədir.

Millət vəkilləriAvropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.

Səfər fevralın 9-da başa çatacaq.
02.02.2018 16:30:00
Oxuma sayı: 776