Yeltsinin evi yandı
Ölçü:


Rusiyanın Sverdlovsk vilayətində ölkənin keçmiş prezidenti Boris Yeltsinin doğulduğu ev yanıb.

Koordinat.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, hadisə Basmanovskoye kəndində baş verib. İlkin ehtimallara əsasən, yanğına evdə baxımsız qalan soba səbəb olub. Qeyd olunur ki, həmin evə qonşu nəzarət edirmiş, lakin qonşu bu günlərdə səfərdə olduğu üçün ev baxımsız qalıb.

Yanğın zamanı evdəki qaz balonu da partlayıb. Nəticədə ev tamamilə məhv olub.
02.02.2018 12:59:00
Oxuma sayı: 778