Keçmiş korpus komandirindən sensasiyalı açıqlama: "Ermənistan ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi, kənardan onlara yardım edilib"
Ölçü:

Keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov cəbhənin Tovuz istiqamətində gedən döyüşlər zamanı general-mayor Polad Həşimovun həlak olması barədə danışıb.

Koordinat.az-ın məlumatına görə, keçmiş korpus komandiri LAF.TV-yə açıqlamasında bildirib ki, bu çox ciddi hadisədir və Ali Baş Komandan bu məsələni elə-belə qoymayacaq.

Yaşar Aydəmirov generalın həlak olması ətrafında gedən bəzi müzakirələrə toxunub. O, bildirib ki, erməni ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi: “Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur. O daima hərkətdə olur”.

Bununla yanaşı Yaşar Aydəmirov deyib ki, Polad Həşimovun harada zərbəyə tuş gəlməsi hələ rəsmən açıqlanmayıb: “Mən bilirəm harada olub. Amma Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib”.

Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı. “Bu Ermənistanın işi deyildi, başqa iri dövlətlərin işidir...”

Xatırladaq ki, general-mayor Polad Həşimov iyulun 14-də səhərə saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

18.07.2020 18:46:00
Oxuma sayı: 12249