“az” domeni ilə bağlı yeni qaydalar müəyyənləşəcək
Ölçü:


“Telekomnukasiya haqqında” qanuna dəyişiklik təklif edilir.

Koordinat.az
xəbər verir ki, qanun layihəsi Milli Məclisin iyunun 19-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Həmçinin layihədə qanuna 2 yeni maddə də təklif edilir. Bunlar aşağıdakılardır:

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı- “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

16.06.2020 17:46:00
Oxuma sayı: 22985