Rusiyanın Ermənistanda "Qarabağ kartı": Paşinyan dalana dirənib
Ölçü:


“Azərbaycanın son aylar mütəmadi hərbi təlimlər keçirməsi birbaşa Ermənistan üçün ciddi mesajdır. Artıq Ermənistan tərəfi bu təlimlərdən ciddi narahatdır və müdafiə naziri David Tonoyan işğal olunmuş ərazilərə səfər edərək buradakı hərbi hissələrə baş çəkir”.

Koordinat.az
xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, hazırda danışıqlarda ciddi nəticə yoxdur: “Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanın parlamentdə mərhələli və paket həll variantı üzərində dayanmasına baxmayaraq, erməni tərəfi mövcud hərbi qarşıdurmadan çəkinməyə çalışır. Yerevan tərəfi Azərbaycanın hərbi təzyiqləri fonunda Moskvanın neytral qala biləcəyindən narahatdır. Ermənistan rəhbərliyi Qarabağdakı yeni separatçı rəhbərliyi nəzarət altına alıb və danışıqlar prosesində praqmatik həll variantlarına gedəcək siyasi iradəyə malik deyil. Çünki, Rusiya hazırda sabiq DTX sədri Vanestsyanın başçılığı altında Paşinyana qarşı yeni siyasi cəbhə formalaşdırır vəə Vanetsyan Paşinyana qarşı Qarabağ kartından istifadə edərək onu Qarabağı satmaqda günahlandırır. Göründüyü kimi Ermənistan daxilində siyasi situasiya mürəkkəbdir və Paşinyana qarşı Kreml Qarabağ vasitəsilə onun mövqelərini zəiflətməyə çalışır. Paşinyan üçün çox mürəkkəb və çətin dönəm başlayır. Ölkə daxilində pandemiyanın vurduğu iqtisadi zərbələr bu ölkədə sosial vəziyyətin ağırlaşmasına və ölkə iqtisadiyyatının defolatına gətirəcək. Bununla da Paşinyanın siyasi vəziyyəti gərginləşəcək. A. Vanestsyan bu situasiyadan istifadə edərək, hətta orduda bəzi generallar öz ətrafına cəlb edib Qarabağ məsələsi ilə bağlı Paşinyana qarşı silahlı müdaxilə edə bilər. Ona görə də hazırkı vəziyyətdə Paşinyanın daxili siyasətdə oppenetlərini zərərləşdirməsə onun danışıqlarda hər hansı bir güzəştə getməsi mümkün görünmür".

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistanda bu kimi hallara görə ərazilərin işğalda qalmasına səbr edə bilməz. Onun szölərinə görə, Ermənistann müdafiə nazirinin işğal olunuş ərazilərinə səfərindən sonra ermənilərin təxribatı genişlənə bilər: "Azərbaycan tərəfi əvvəlki günlərdə olduğu kimi işğalçıya qarşı artilleriyadan istifadə edib ciddi zərbələr endirməlidir. Rusiya tərəfi də Paşinyanın bu kimi siyasətindən , xüsusilə Ermənistanda baş verənləri öz regional maraqlarına təhdid kimi görür. Azərbaycanın beynəlxalq arenada mövqeləri gücləndirir. Qoşulmama Hərəkatının konfransında Azərbaycanın nə qədər söz sahibi ölkə olduğu göründü. Diplomatik müstəvidə bir çox vacib məsələləri öz lehimizə dəyişə bilmişik”.

05.05.2020 15:32:00
Oxuma sayı: 13876