Nöqtələrin də söz dediyi kitab: “O sözəcən…” işıq üzü gördü
Ölçü:


Bu günlərdə tanınmış şair-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Şahnaz Şahinin “O sözəcən…” adlı poetik toplusu işıq üzü görüb.

Koordinat.az
xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla çap edilmiş kitab şair kimi özünəməxsus dəsti-xətti, ifadə tərzi ilə seçilən Şahnaz xanımın oxucularla beşinci görüşüdür. Oxucular bu kitabında müəllifin son dövrlər müxtəlif mövzularda qələmə aldığı poetik rəngarəngliyi ilə diqqət çəkən orijinal şeirləri və iki poeması ilə qarşılaşacaqlar. Topludakı şeirlər bədii-fəlsəfi dəyər, ictimai mündəricə baxımından çağdaş poeziyamızı zənginləşdirən əsərlərdir. Orijinal poetik düşüncələri ilə oxucu marağını qazanmış şairin bu kitabını yaradıcılıq uğuru kimi
səciyyələndirmək olar. Şahnaz xanımın şeirləri yaşantının ifadəsidir – o bir şair kimi şeirlərində özünü, müşahidələrini qələmə alır. Onun şeirlərində misra sonu nöqtələr də (müəllif kitabın adında da bu ənənəsinə sadiq qalıb)  oxucuyla danışmaq, nəsə anlatmaq gücündədir. Toplunun Şahnaz xanımın yaradıcılığını izləyənlərin
marağına səbəb olacağına əminik.

Kitabın redaktoru şair Balayar Sadiqdir. Yeni kitabının işıq üzü görməsi münasibətiylə şairi təbrik  edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

İlham Qəhrəman
19.01.2018 13:11:59
Oxuma sayı: 93745