Azərbaycan "Doing Business"də mübahisələrin həlli kateqoriyası üzrə irəliləyəcək
Ölçü:


“Dünya Bankının “Doing Business” hesabatı oktyabrda açıqlanacaq. Hesabatdan əvvəl blok xarakterli materiallar yayıblar. Həmin blok xarakterli materialda 4 istiqamətdə, o cümlədən mübahisələrin həlli ilə bağlı məsələdə Azərbaycanda aparılan islahatların qəbul edildiyini göstəriblər”.

Koordinat.az
-ın məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Şəffaf və səmərəli ədalət mühakiməsi – innovativ nümunələr" adlı görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. O, deyib ki, elektron məhkəmə ilə bağlı son illər aparılan islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2018-ci il dekabrın 28-də imzaladığı fərmanı ilə aparılan islahatlar nəzərə alınıb: “Azərbaycan hazırda “Doing Business” hesabatında 195 ölkə arasında 25-ci yerdədir. Digər tərəfdən, ölkəmiz hazırda “Doing Business”də mübahisələrin həlli kateqoriyası üzrə 44-cü yerdədir. Dünya Bankının blok xarakterli materialı göstərir ki, Azərbaycan mübahisələrin həlli üzrə 44-cü yerdən daha da irəli gedəcək. Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatına əsasən, ölkəmiz ən islahatçı 20 ölkə sırasına daxil edilib. Azərbaycanın bu il də “Doing Business”də TOP-20 islahatçılar arasına düşməsi böyük bir nailiyyətdir. Çünki “Doing Business”də bizdən qabaqkı ölkələrin heç biri TOP-20 islahatçıların siyahısına düşməyib. Çünki finişə yaxınlaşdıqda TOP-islahatçı olmaq çətinləşir, islahat imkanları tükənir. Yəni biz “Doing Business”də etalona 79% yaxınlaşmışıq və bu ilki islahatlar bizi “Doing Business”də etalona 80 faizdən çox yaxınlaşdıracaq. O cümlədən elektron məhkəmə ilə bağlı məsələlərdə Ədliyyə Nazirliyinin Dünya Bankı və digər beynəlxalq təşkilatlara birgə apardığı çox uğurlu, sistemli və ardıcıl iş artıq özünün nəticəsini verir. Azərbaycanda ədalət mühakiməsinin effektivliyini, səmərəliliyini, məhkəmələrə inam artır. Bizim də, cəmiyyətin də, sahibkarların da arzusu bundan ibarətdir”.
30.09.2019 17:13:00
Oxuma sayı: 12298