Pressklub.az saytının təqdimatı keçirilib - FOTOLAR
Ölçü:

Bu gün Bakı Mətbuat Klubunun saytının (pressklub.az) təqdimatı olub.

Koordinat.az xəbər verir ki, Mətbuat Klubunun bərpasının təşəbbüsçüsü onun təsisçilərindən biri və “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir. O, pressklub.az-ın təqdimat mərasimindəki çıxışında deyib ki, sayt bütün sağlam qüvvələri birləşdirməyə və əməkdaşlığa cəlb etməyə yönəlib: "Sayt bu və ya digər şəkildə mətbuatla bağlı insanları məlumatlandırmaq, onlara yardım etməyə və birləşdirməyə yönəlib. Bu da özü-özlüyündə bir növ Asan xidmət olacaq”.

Arif Əliyev bildirib ki, saytda mətbuata dair yerli və beynəlxalq qanunvericilik, jurnalistlər üçün beynəlxalq strukturların təklifləri barədə məlumatlar olacaq. Həmçinin xarici KİV-lərdə Azərbaycan haqqında dərc edilən yazılar da saytda yer alacaq: "Saytın işə salınması Bakı Mətbuat Klubunun tam bərpası yolunda ilk addımdır. Ümid edirik ki, qarşıdakı müddətdə yer ilə bağlı digər təşkilati məsələlər də həll olunacaq”.

Maliyyələşmə məsələsinə gəlincə, Arif Əliyev deyib ki, hazırda saytın yaradılması üçün kiçik maliyyə vəsaiti lazım gəlib. O ümid edir ki, Mətbuat Klubunun gələcək fəaliyyəti beynəlxalq və yerli strukturların, KİV-lərin dəstəyi və iştirakı ilə baş verəcək.

Xatırladaq ki,Bakı Mətbuat Klubu 1998-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyi, "Turan" agentliyi, “Zerkalo”, “Xalq”, “525-ci” qəzetləri və ANS TV tərəfindən təsis edilib. Bir il sonra ANS, onun ardınca isə  “Xalq” qəzeti təsisçilərin tərkibindən çıxıblar. 2005-ci ildə Mətbuat Klubu maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırmalı olub.
17.09.2019 18:51:00
Oxuma sayı: 41086