Əhalinin banklarda 8,4 milyard manat əmanəti var
Ölçü:

2019-cu ilin iyul ayında fiziki şəxslərin banklardakı əmanətləri 8 milyar 471,6 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Koordinat.az-a verilən məlumata görə, iyul ayında müddətli əmanətlər 0.4% (19.9 mln. manat) artaraq 5,357.4 milyon manat təşkil etmişdir. Artım milli valyutada olan əmanətlər (58.7 mln. manat, 2.5%) üzrə baş vermişdir.

Hüquqi şəxslərin cəmi depozitləri iyul ayında 3.7% (375.7 mln. manat) artaraq 10,573.2 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 11.4% (257.6 mln. manat) artaraq 2,510.8 mln. manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 6.9% (274.0 mln. manat) artaraq 4,246.3 mln. manata, xarici valyutada olan müddətli depozitlər isə 12.3% (249.8 mln. manat) artaraq 2,285.5 mln. manata çatıb.

İyul ayında bankların əməliyyat mənfəəti 13.9% (57.7 mln. manat) artaraq 472.4 mln. manat, xalis mənfəəti isə 406.2 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.7%, kreditlər üzrə faiz gəlirləri isə 14.2% artmışdır.

30.08.2019 18:13:00
Oxuma sayı: 12310