Azərbaycanlı miqrantlar hansı ölkələrə daha çox yayılıb? - SİYAHI
Koordinat.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov qeyd edib. O deyib ki, Rusiya isə Azərbaycanın ən çox miqrasiya proseslərinin intensiv xarakter aldığı ölkədir. Bunun da başlıca səbəbi orada yaşayan çoxsaylı soydaşlarımızla olan və bir çox müstəvidə, xüsusilə də siyasi, iqtisadi, sosial və mədni sahələrdə olan əlaqələrin sıx olması ilə bağlıdı.
Azər Allahverənov bu siyahıda Rusiyanın adının birici gəlməsinin səbəbini belə izah edib: “Rusiya mənbələrində təxminən 2 milyon azərbaycanlının Rusiya ərazisində olduğu bildirilir. Bunun təxminən 500 mini Azərbaycan Respublikasının, 1 milyon yarımdan çoxu isə Rusiya Federasiyasının vətəndaşıdır.
Rusiyada yaşayan həmvətənlilərimiz də Azərbaycana gələndə miqrant kimi daxil olduqları üçün Rusiyanın adı bu sıralamada birinci gəlir”.
25.12.2017 09:43:00
Oxuma sayı: 13276