"WhatsApp”da mühüm yenilik
Ölçü:


"WhatsApp” messencerinin yeni versiyasında istifadəçinin icazəsi olmadan onu qruplara əlavə etmək qadağan ediləcək.

Koordinat.az
“ICTnews”a istinadən xəbər verir ki, messencer yeniləndikdən sonra "Qrup" adlı yeni bölmə əlçatan olacaq. Məxfilik sazlamalarından qruplara istifadəçi əlavə etmək imkanına malik olacaq şəxsləri seçmək mümkün olacaq. Seçim üçün 3 variant mümkün olacaq: “Hamı”, “Mənim kontaktlarım” və "Heç kim”.

İndi sözügedən funksiya artıq sınaq rejimində bəzi istifadəçilərə əlçatandır.
04.04.2019 17:51:00
Oxuma sayı: 41151