Borcu olan abonentlərin işığı kəsiləcək
“Azərişıq” ASC-nin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.
14.12.2017 10:56:00
Oxuma sayı: 1102