Bakıda məhbusun ölüm səbəbi açıqlandı
Ölçü:


Ədliyyə Nazirliyi Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumun ölümünə münasibət bildirib.

Koordinat.az
xəbər verir ki, Penitensiar Xidmətin Tibb Baş İdarəsindən APA-ya verilən məlumata görə, məhkum Mürsəlov Fərhad Zeynal oğlu ürək çatışmazlığından ölüb. Bununla bağlı həkim rəyinin olduğu açıqlanıb.

Penitensiar Xidmətdən bildirilib ki, məhkumun ölümündə müəssisə əməkdaşının rolunun olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
13.12.2017 19:51:00
Oxuma sayı: 692