"Gilan Holding"in 3 şirkəti ləğv edilib
Ölçü:


"Gilan Holding"ə daxil olan 3 şirkət fəaliyyətini dayandırdığını rəsmən bəyan edib. Belə ki, “Gilan Pasicifik İnşaat Materialları” MMC, “Gilan Motors” MMC və “Gilan Sement” MMC ləğv olunub.

Koordinat.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb. Bildirilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhərinin Yasamal rayonu, N.Nərimanov prospekti,206, məhələə 466 ünvanına bildirə bilərlər.

"Gilan Pasicifik İnşaat Materialları” rəsmən qeydiyyata 2011-ci ildə alınıb və nizamnamə kapitalı 20 manat olub.

“Gilan Sement” 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 40 manat təşkil edib.

“Gilan Motors” isə 100 manat nizamnamə kapitalı ilə 2008-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, hər üç şirkətin qanuni təmsilçisi Cəmil Tahir oğlu Muradovdur. 
13.12.2017 10:57:00
Oxuma sayı: 1031