Ərəb ölkələrindən ABŞ-a tələb
Ölçü:



Ərəb Dövlətləri Liqası (ƏDL) ABŞ-dan Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasına dair qərarı ləğv etməyi tələb edib.

Koordinat.az
-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ƏDL ölkələrinin XİN rəhbərlərinin Qahirədə keçirilən toplantısının yekunlarına dair bəyanatda bildirilir.  

“Şura ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi və beynəlxalq ictimaiyyətlə birlikdə İsraili BMT-nin qətnamələrinin icrasına məcbur etdirməyi, 1967-ci ilin iyunun 4-də zəbt olunmuş Fələstin və ərəb ölkələrinin ərazilərinin işğalına son qoymağı tələb edib”, - deyə bəyanatda qeyd olunur.  

Ərəb ölkələri ABŞ-ın qeyd olunan qərarının beynəlxalq hüququn prinsiplərinə və BMT TŞ-in qətnamələrinə zidd olduğunu və buna görə də əhəmiyyətsiz olduğunu qeyd ediblər.   

“Bu qərarın heç bir qanuni təsiri yoxdur, o yalnız sülhə nail olunması istiqamətində səyləri sarsıdır, gərginliyi artırır, qəzəbi daha da möhkəmləndirir və bütün Yaxın Şərqi zorakılıq, iğtişaşlar və qeyri-sabitliyə sürükləyir”, - deyə bəyanatda qeyd olunur.
10.12.2017 09:34:00
Oxuma sayı: 978