Vəkillər Kollegiyası sənəd qəbulu bərpa edir
Ölçü:



Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələbinə uyğun olaraq, Vəkillər Kollegiyasına qəbul olunmaq üçün sənəd qəbulunu bərpa edir.

Vəkillər Kollegiyasından Koordinat.az-a verilən məlumata görə, Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənəd vermiş şəxslərin ərizələrinin Vəkilliyə Sənəd Qəbulu Komissiyasında təsdiq etmələri zəruridir.

Sənədlər Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48 ünvanında 2017-ci il dekabr ayının 11-dən 2018-ci ilin yanvar ayının 11-dək bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 13:00-dək qəbul edilir.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:

1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
4. Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7. Kadrların şəxsi məlumat vərəqəsi;
8. Tərcümeyi hal.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin əlaqə telefonları: 596-32-71, 594-14-95.

Vəkilliyə test imtahanının keçirilməsi barədə əlavə məlumat veriləcək.
09.12.2017 17:50:00
Oxuma sayı: 1054