TürkPA-nın yeni baş katibi seçildi
Ölçü:



Altınbek Mamayusupov Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının baş katibi seçilib.

Koordinat.az xəbər verir ki,  bu barədə qərar TürkPA Şurasının VII iclasında qəbul edilib.

Bütün iştirakçılar A.Mamayusupovun namizədliyini dəstəkləyiblər.

Qeyd edək ki, yeni baş katib bundan əvvəl Qırğızıstan parlamentinin TürkPA-da rəsmi nümayəndəsi olub.

Xatırladaq ki, TürkPA-da sədrlik Qırğızıstana keçib.
08.12.2017 17:13:00
Oxuma sayı: 1130