Mərkəzi Banka yeni baş direktor təyin olunub
Vüqar Əhmədov Azərbaycan Mərkəzi Bankının baş direktoru təyin olunub.
Koordinat.az Mərkəzi Banka istinadən xəbər verir ki, bundan əvvəl V.Əhmədov Mərkəzi Bankın Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, hazırda AMB-də 6 baş direktor fəaliyyət göstərir. V.Əhmədovdan başqa bu vəzifəni Aqşin Vəliyev, Rəşad Orucov, Ziya Əliyev, Əliyar Məmmədyarov və Abdulla Məlik-Aslanov tutur.
08.12.2017 18:28:00
Oxuma sayı: 1266