Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində dəyişiklik
Ölçü:



Dekabırn 10-dan Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, yeni hərəkət cədvəlinə əsasən, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6018, 6020  nömrəli  elektrik qatarları hərəkətdə olmayacaq. 

Hər şənbə, bazar və bayram günləri Sumqayıt stansiyasından saat 09:17 –də yola düşən 6012 elektrik qatara saat 09:50 –də yola düşəcək və saat 10:32-də Bakıya çatacaq. Sumqayıt stansiyasından isə saat 09:50 –də yola düşən 6014 elektrik qatarı saat 11:00-da yola düşəcək  və saat 11:42-da Bakıya çatacaq.
08.12.2017 16:18:00
Oxuma sayı: 1232