"Azəravtoyol" yollara çəkilən nişanlama xətləri ilə bağlı ittihamlara cavab verdi
Ölçü:


Sosial şəbəkələrdə asfalt və beton yolların üzərinə çəkilən nişanlama xətlərinin  sürüşkən olduğu və bunun qəza hallarının artmasına gətirdiyi iddia edilib. Bu iddia həqiqətdirmi?

Koordinat.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan “Azəravtoyol”  ASC-nin ictimaiyyətlə əlaqədar şöbəsinin  rəisi Anar Nəcəfli bu iddiaları əsassız sayıb. O deyib ki, avtomobil yollarına vurulan boyalar sırf avtomobil yolları üçün nəzərdə tutulmuş boyalardır. Onun sözlərinə görə, həmin boyaların tərkibində kimyəvi qatqılar var ki, boyanın sürüşkənliyinin qarşısını alır: "Həmin boyalarda sürüşkənlik heç də normadan artıq deyil. Boyaların normal hava şəraitində sürüşkənliyi ümumiyyətlə olmur. Həmin boyalar asfalt, beton örtüyü ilə eyni səviyyədə olur. Təbii ki, yağış, qar yağarkən asfalt, beton örtüyündə sürüşkənlik necə artırsa, boyaların üzərində də eyni dərəcədə artıq”.

Anar Nəcəfli deyib ki, boyaların yenilənməsi müəyyən bir müddətsən sonra həyata keçirilir: “Əsasən payız-qış mövsümündən sonra həmin boyalar yenidən rənglənməlidir. Çünki istər-istəməz yağış, qar yağarkən və üzərindən intensiv hərəkət olarkən boyaların rəngi solmağa başlayır”.

08.12.2017 14:26:00
Oxuma sayı: 1415