Vergilər Nazirliyində heç bir kadr dəyişikliyi olmayıb - açıqlama

Koordinat.az xəbər verir ki, bu barədə axar.az-a Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsəlimov məlumat verib. Onun sözlərinə görə, keçmiş nazir Fazil Məmmədovdan sonra nazirlikdə hər hansı kadr dəyişikliyi aparılmayıb: "Hər hansı dəyişiklik olsa, bu barədə mətbuata məlumat veriləcək”.
Qeyd edək ki, 5 dekabr tarixində prezidentin imzaladığı sərəncamla Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad olunub. Digər sərəncamla Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.
08.12.2017 12:49:21
Oxuma sayı: 1212