Bakıda cəmi 3 nəfər Şaxta baba olmaq istəyir
Koordinat.az xəbər verir ki, bu barədə "Trend"ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: "Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta baba və Qar qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək".
Ə.Bağırov əlavə edib ki, artıq paytaxt ərazisində parklarda və digər ərazilərdə Yeni il ağaclarının quraşdırılmasına da başlanılıb.
08.12.2017 11:08:28
Oxuma sayı: 1356