İcra başçısının müavini vəfat edib
Ölçü:


Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov vəfat edib.

Koordinat.az xəbər verir ki, bu barədə dövrü mətbuatda yayılan elanda deyilir.

"Şamaxıdan Asif Ağayev və rayon icra hakimiyyəti aparatının kollektivi icra hakimiyyəti başçısının müavini Ağamustafa Vahidovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər", - deyə elanda vurğulanıb.

A. Vahidovun vəfatının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, A. Vahidov həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub (APA).
08.12.2017 09:28:00
Oxuma sayı: 841