Ağdamın Xıdırlı kəndində kommunikasiyaların bərpasına başlanır
Ağdamın Xıdırlı kəndində kommunikasiya sistemlərini qurulması üzrə layihəni həyata keçirəcək şirkət müəyyənləşib. Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti iri məbləğli tenderə yekun vurub.
Koordinat.az xəbər verir ki, həmin tenderdə Ağdam rayonunun Xıdırlı kəndinin sahədaxili mühəndis-kommunikasiya sistemləri üzrə (PTM, KTM, yüksək və alçaq gərginlik xətləri və rabitə xətləri) tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur. Ümumi dəyəri 12 milyon 340 min 737 manat olan tikinti-quraşdırma işləri “VS Enerji Servis” MMC-yə həvalə olunub.

Xatırladaq ki, işğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdamda da quruculuq işləri sürətlə davam edir. Hazırda Ağdam şəhəri ilə yanaşı, rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin tikintisi həyata keçirilir. Ağdam şəhərinin 3 kilometrliyində yerləşən Xıdırlıda 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılır. Kəndin yenidən qurulması tədbirləri dörd mərhələdən ibarətdir: ərazinin hamarlanması və inşaat tullantılarından təmizlənməsi, fərdi yaşayış evlərinin tikintisi, qeyri-yaşayış evlərinin tikintisi, kommunikasiya şəbəkəsinin və yolların inşası.
Xıdırlıda inşa olunan evlər əsasən birmərtəbəli, beşotaqlı evlər isə ikimərtəbəli olacaq. Kəndin mərkəzi kommunikasiya xətləri Ağdam şəhərinin şəbəkəsinə qoşulacaq. Həmçinin kanalizasiya və yağış sularının mərkəzi şəbəkəyə ötürülməsi üçün işlər görülür.
17.09.2024 11:37:19
Oxuma sayı: 697