Qarabağda yeni tikilən və ya təmir edilən məktəblərin SİYAHISI
Ölçü:


Bu il Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki 10-dan çox təhsil müəsissəsində cari və əsaslı təmir həyata keçirilib, bir neçə məktəbin tikintisi başa çatıb. Bunların arasında işğaldan azad edilmiş Xankəndi, Şuşa, Xocalı, Xocavənddə, Ağdam, Füzuli və Tərtər rayonlarına aid təhsil müəssisələri də var.

Koordinat.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsinin hesabatında deyilir. Bildirilir ki, Bu il Ağdamda 8, Bərdədə 4, Füzuli və Tərtər rayonlarının hər birində 2 məktəbəqədər müəssisə cari təmir olunub. Hazırda Ağdam və Füzulidə cari, Ağcabədidə isə əsaslı təmiri davam edən məktəbəqədər müəssisələr var. Eyni zamanda Xocavənddə Yeni Xocavənd bağçası üçün bu ildən cari təmir nəzərdə tutulub.
 
Qarabağ regionunda cari və əsaslı təmir edilən, həmçinin yeni tikilən məktəb binaları da az deyil. Şuşa və Xocalı şəhərlərində, eləcə də Ağdamda 1, Bərdədə 2 orta məktəb və 1 Uşaq-gənclər idman şahmat məktəbi, Füzuli və Tərtər rayonlarının hərəsində 2 orta məktəbin binalarında cari, Tərtər rayon Bəyimsarov kənd tam orta məktəb binasında isə əsaslı təmir işləri həyata keçirilib.
 
Bundan başqa, Ağdam rayonu 1 nömrəli tam orta, Füzuli rayonu Aşağı Alıxanlı kənd tam orta, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbləri üçün yeni binalar inşa olunub.
 
Ümumilikdə bu il Qarabağ Qarabağ Regional Təhsil İdarəsinintabeliyindəki müəssisələrdə IX sinif üzrə 10 053 nəfər, XI sinif üzrə isə 7 326 nəfər təhsil alacaq.
 
Hesabatda deyilir ki, bu il həyata keçirilən MİQ imtahanlarında Qarabağ Qarabağ Regional Təhsil İdarəsi üzrə 1 333 vakant yer ayrılıb. Vakant yerlərdən 935 nəfər daimi əsaslarla, 441 nəfər isə müddətli əsaslarla qəbul olub. Bu 1376 nəfər müəllim ilk dəfə şagird qarşısına çıxacaq.
 
Eyni zamanda cari tədris ilində 22 nəfər  məktəb direktoru, 43 nəfər tərbiyəçi-müəllim vəzifəsinə təyin edilib.
16.09.2024 10:20:00
Oxuma sayı: 764