Nazir dərs ilinə Şuşadakı yeni məktəbdə başladı
Ölçü:


Şuşa şəhərində 33 ildən sonra ilk zəng çalınıb. Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma tədbirlərindən sonra doğma yurduna köçürülən ailələrin övladları şəhərin mərkəzində inşa edilmiş 1 nömrəli tam orta məktəbdə yeni tədris ilinə başlayıblar.
 
Koordinat.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, əsaslı şəkildə yenidən qurulan məktəb 960 yerlik olmaqla, beş bloklu və üçmərtəbəlidir. Müasir standartlara uyğun inşa edilən məktəb hər biri 24 şagird üçün nəzərdə tutulmaqla, 40 sinif otağından ibarətdir. Yeni tədris ilində Şuşada 113 şagird təhsilə başlayıb. Məktəbdə tədris 18 müəllimdən ibarət pedaqoji heyət tərəfindən həyata keçiriləcək.
 
Məlumatda o da qeyd olunur ki, şagirdlərin yaşayış binalarından məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şuşaya məskunlaşmanın davam etdirilməsi ilə məktəbdə şagird və müəllimlərin də sayı artacaq.

 
16.09.2024 09:51:00
Oxuma sayı: 790