Bəzi ərazilərin Azərbaycana qaytarılması razılaşdırılıb
"2026-ci ilə qədər bəzi ərazilərin Azərbaycana qaytarılacağı razılaşdırılıb. Bunun əvəzində Ermənistanda hakimiyyətə qarşı ortaya çıxan təhlükələrin hamısı zərərsizləşdiriləcək və Paşinyan hakimiyyətdə qalacaq."
Koordinat.az xəbər verir ki, bunu erməni ekspert Armine Adibekyan bildirib. O, deyib ki, hazırda Ermənistanın Baş naziri arxayın şəkildə 2026-cı il seçkilərinə
hazırlaşır: "Başda Avropa, Rusiya və Türkiyə olmaqla xarici oyunçular
razılığa gəlib ki, Paşinyan 2026-cı ilə qədər hakimiyyətdə olacaq. Bu
oyunçuların heç biri Paşinyanın əleyhinə olacaq addım atmayacaq və
müxalifətə dəstək verməyəcək. Buna görə də Paşinyan 2026-cı ilə qədər
sülh sazişini imzalamaq və cəmiyyətə sülh gətirdiyini göstərmək
istəyir".
Erməni ekspert deyib ki,Paşinyan hakimiyyətdə qalmaq üçün Azərbaycan prezidentinin Əliyevin dediklərini təkrarlayır: “Əliyev deyir ki, bizə vasitəçi lazım deyil, Paşinyan bunu təsdiq edir. Azərbaycan lideri açıq şəkildə Ermənistandan tələb edir ki, Göyçəni qaytarsın, Paşinyan bir azdan bunu da dilə gətirəcək. Artıq Vardenis (Basarkeçər) əhalisini saymağa başlayıblar, bu o deməkdir ki, həmin əraziləri Azərbaycana qaytaracaqlar, oradakı əhalini çıxaracaqlar. Tiqranaşen (Kərki) artıq qaytarılmaq üçün hazırdır. Zəngəzur dəhlizi də hazırdır. Dəhlizlə bağlı əsas məsələlər razılaşdırılıb, indi orada kimin dayanacağı müzakirə edilir”.
12.09.2024 18:59:00
Oxuma sayı: 708